II QRUP ƏLİL OĞURLUQ ÜSTÜNDƏ TUTULDU

Bakı şəhər sakini Məhərrəmov Bəxtiyar Əli oğlu Sumqayıt şəhər 1 -ci polis bölməsinin əməkdaşaları tərəfindən həbs olunub. Dostları ilə Sumqayıtda yeyib-icdikdən sonra Məhərrəmov onlardan ayrılıb. Yol kənarında dayanan avtomobillərdən birinin içində gördüyü pul onu şirnikləndirib. Maşının şüşəsini sındıraraq, altını üstünə çevirib. Orada olan 4350 manatı və 2800 dolları götürüb.

APA Tv-nin xəbərinə görə, oğurluq yolu ilə əldə olunan pullar istintaqa təhvil verilib. İstintaqla həm də müəyyən edib ki, Məhərrəmov II-ci qrup əlildir.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb, aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv