Ədəbiyyat üzrə Nobel mükafatının sahibinin adı açıqlandı
2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb. APA TV-nin məlumatına görə, İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kazuo İşiquro layiq görülüb.
1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülmüşdü.
Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçirilir. Hər mükafatın məbləği 1 milyon dollardır.