Lənkəranda sel yaşayış evini uçurtdu, bir qadın köməksiz vəziyyətdə qaldı - HADİSƏ YERİNDƏN

Lənkəranda yaşayış evini su yuyub aparıb, evə nəzarət edən qadın isə köməksiz vəziyyətdə qalıb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə rayonun Rvo kəndində baş verib.

 

Lənkəran çayının daşması nəticəsində Mübariz adlı şəxsə aid olan evin bir hissəsini su yuyaraq aparıb. Ev sahibləri orada yaşamadıqlarından, evə nəzarət edən Rvo kənd sakini Təranə Muxtarova köməksiz vəziyyətdə qalıb. Evə gedən yolu da su tamamilə yuyaraq aparıb. Yaxınlıqdakı insanlar ona kömək göstərmək istəsələr də, çay sürətlə axdığından, bunu etmək mümkün olmayıb. Hazırda evin dörd bir yanından çay axır.

 

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarına məlumat verilib. Xilasedicilər qadını hadisə yerindən təxliyə ediblər.

Müəllif | Apa.Tv