Zavod yandı, 4 nəfər öldü - RUSİYADA
Rusiyanın Nijneqorod vilayətində fəaliyyət göstərən neft emalı zavodunda baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb. APA TV-nin “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Kstovo şəhərində baş verib.
“Dörd nəfər ölüb. Onlar işləri həyata keçirən podratçı təşkilatın əməkdaşları olub”, - deyə Kstovo rayon administrasiyasından bildirilib.
Məlumata görə, yanğının ikinci rezervuara yayılmasının qarşısı alınıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Ərazidə xeyli sayda xilasedicilər və yanğın söndürənlər işləyir.