ABŞ-dan Sudana jest: sanksiyalar ləğv edilir
ABŞ administrasiyası yaxın günlərdə Sudana qarşı tətbiq edilən sanksiyaların bir qismini aradan qaldıracaq. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyertin bəyanatında deyilir.
Sanksiyaların Sudan hökumətinin ölkə daxilində vəziyyətin normallaşdırılmasında əldə etdiyi nailiyyətlər sayəsində götürüləcəyi bildirilir. Sanksiyaların oktyabrın 12-də aradan qaldırılacağı məlum olub.
Bununla belə ABŞ Sudanı terrorçuluğa dəstək verən ölkələr siyahısından çıxarmaq niyyətində deyil.