Saatlıda 10 yaşlı uşağı maşın vurub öldürdü
Saatlıda 10 yaşlı uşağı maşın vurub. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şirinbəyli kəndində baş verib.
VAZ-2106 markalı avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Əliyev Aqşin Türbət oğlunu vurub. Nəticədə uşaq aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.