Nazir müavini: "Azərbaycanda 460 min nəfər əlil var"

"Azərbaycanda əhalinin 4,9 faizi, yəni 460 minə yaxını əlilliyi olan şəxsdir". 

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deyib. ONun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, dünya əhalisinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir.

 

3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunan "BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyanın Azərbaycan üzrə yerinə yetirilməsi səviyyəsi mövzusunda keçirilən konfransda Ombudsman Elmira Süleymanova bildirib ki, əlillərin sosial rifahını yaxşılaşdırmaq üçün müntəzəm çalışmaq lazımdır.

APA TV-nin xəbərinə görə, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard isə qeyd edib ki, Azərbaycanda əlilliyin səviyyəsi aşağı olsa da, uşaqlar arasında bu göstərici yüksəkdir. Onun sözlərinə görə, əlilliyi olan insanlar cəmiyyətdən kənarda qalırlar, onların təhsil almasında problemlər var. Bu problemi təkcə onlar yaşamır. Həmin şəxslərə kömək edən azyaşlı bacı və qardaşları da yaşayır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova