Səudiyyəli nazir: "Rusiyaya qarşı sanksiyalar tezliklə götürülə bilər"
"Rusiyaya qarşı sanksiyalar tezliklə götürülə bilər".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu ehtimalı Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr Moskva səfəri zamanı irəli sürüb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı kralı başda olmaqla, yüksək səviyyəli nümayəndə heyəti oktyabrın 4-də Moskvaya səfərə gəlib.
Rusiya rəsmiləri ilə danışıqlar zamanı ikitərəfli əlaqələrin möhkəmlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Səfər tərəflər arasında strateji sahələrdə bir sıra sənədlərin imzalanması ilə yadda qalıb.