Rusiyada bir gündə ikinci müəmma: ROSTOVDA BAZAR YANDI
Rusiyanın Rostov şəhərində "Temernik" bazarında güclü yanğın baş verib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, ikimərtəbəli alış-veriş mərkəzində qeydə alınan yanğın 6 min kvadrat metr ərazini əhatə edib.
İnsident nəticəsində ölən və yaxud xəsarət alan olmayıb. Hazırda yanğın lokallaşdırılıb. Hadisə yerinə 400 canlı qüvvə və 50-dən çox texnika cəlb edilib. Yanğının səbəbləri məlum deyil.