İŞİD rus hərbçilərinin əsir götürülmə videosunu yaydı - SORĞU-SUAL
İŞİD Suriyada əsir götürdyü rusiyalı hərbçilərin görüntülərini yayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, görüntülərdə terrorçular əsirləri sorğu-sual edir: "Mən rusam, heç nə başa düşmürəm. Silah-sursatla bağlı məlumatım var. Adım Zabolotnıy Roman Vasilyeviçdir. 1979-cu ildə anadan olmuşam. Biz o məlumatı qərargaha çatdırmalı idik".
Digər əsir isə Tsurkanu Qriqoriy Mixayloviç olduğunu deyərək, Roman Zabolotnının dediklərini təsdiqləyir. Əsirlərin sonrakı taleyi isə məlum deyil.
Qeyd edək ki, Müdafiə Nazirliyi rus hərbçilərinin İŞİD-ə əsir düşməsi ilə bağlı məlumatları təkzib edir.