Suriyada Rusiya bombardmançı təyyarəsi partladı
Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğrayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Hmeymim aerodromunda qeydə alınıb.
Cу-24 bombardmançısı uçuş-eniş zolağından kənarda partlayıb. Ekipaj xilas ola bilməyib, pilotlar ölüb.
Ərazidə olan digər təyyarələrə və tikililərə zərər dəyməyib. Təyyarənin texniki nasazlıq səbəbindən partladığı ehtimal olunur.