Elçibəyin qardaşı vəfat etdi
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev dünyasını dəyişib.
APA-nın xəbərinə görə, 83 yaşlı A.Əliyev bir neçə dəqiqə əvvəl Bakıdakı evində vəfat edib.
O, uzun müddət idi xəstəlikdən əziyyət çəkirdi. A.Əliyev Sulutəpə qəbiristanlığında dəfn olunacaq.