Sabah yağış yağacaq, güclü külək əsəcək
Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
ETSN-dən APA TV-yə verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-15, gündüz 16-19 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2-6, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.