ARDNŞ benzinin qiymətinin artırılmasına münasibət bildirdi!

Azərbaycan Dövlət Neft Şirkəti neft məhsullarının qiymətinin bahalaşmasına münasibət bildirib. Şirkətin emal üzrə vitse-prezidenti David Məmmədov APA-ya eksklüziv açıqlamasında deyib ki, qiymətlərin bahalaşması hazırkı iqtisadi şəraitdə qaçılmaz olub və bir neçə iqtisadi amillə bağlıdır.

 

Onun sözlərinə görə, benzin və dizel yanacağının sonuncu dəfə qiymət artımı 2007-ci ilin fevralında baş verib və beləliklə son təxminən 7 il ərzində qiymətlər eyni səviyyədə olub: SİTAT - «Apardığımız tədqiqatlar göstərir ki, Azərbaycanda yanacağın qiyməti qonşu ölkələrlə müqayisədə aşağıdır. Azərbaycanın regional nəqletmə dəhlizi olmasını nəzərə alaraq, bu, bazarda müəyyən qeyri-mütəşəkkil ixraca da səbəb olur və disbalans yaranır. Bütün bu amilləri nəzərə alaraq, bu şəraitdə əvvəl-axır qiymətlərin artımı baş verməli idi».

 

David Məmmədov bu artımın iqtisadiyyata və istehlak bazarına təsirini etiraf etsə də, lakin bu təsirin ciddi olmağını vurğulayıb. O qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq məsləhətçilərlə birgə hazırladığı makroiqtisadi ssenariyə görə, hazırkı qiymət artımının istehlak bazarına təsiri 3,8% səviyyəsində proqnozlaşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv