Şəmkirdə iki avtomobil toqquşdu
Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-21011” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.