YUNESKO-ya baş direktoru yenə seçə bilməyiblər - dördüncü cəhdə doğru
Parisdə YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu da nəticə verməyib. Namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.
Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu oktyabrın 12-də baş tutacaq. Hazırda YUNESKO-nun baş direktoru postu uğrunda 5 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir, Fransa, Çin və Livan təmsilçiləridir.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.