Bakı Dairəvi yolunda 4 AVTOMOBİL BİR-BİRİNƏ ÇIRPILDI

Ötən axşam Bakıda daha bir zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Bakı Dairəvi yolunun Yeni Yasamal yaşayış massivinə gedən hissəsində dörd avtomobil toqquşub, azı üç nəfər xəsarət alıb.

 

Əvvəlcə "HOWO" markalı yük avtomobili ilə "Daewoo" markalı minik maşını toqquşub. Zərbə o qədər güclü olub ki, minik avtomobili deformasiyaya uğrayıb. Xəsarət alan sürücünü Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri avtomobildən çıxarıblar və təcili tibbi yardım briqadasına təhvil veriblər. İki maşının toqquşmasından sonra arxadan gələn "Hyundai" və "Mercedes" markalı avtomobillər də "Daewoo"ya çırpılıblar.

 

Hadisəyə avtomobillərdən birinin ötmə qaydasını pozmasının səbəb olduğu ehtimal  edilir. Yük maşınının sürücüsü iddia edir ki, yol hərəkəti qaydasını pozan o olmayıb:

 

Sürücünün belə əminliklə danışması hadisə yerində mübahisəyə səbəb olub:

Amma qəzanın dəqiq səbəbi aparılan araşdırmalardan sonra məlum olacaq. Faktı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsi araşdırır.

 

Şöbənin müstəntiqi Əli Məsimovun APA TV-yə verdiyi məlumata görə, qəza nəticəsində azı üç nəfərin xəsarət aldığı məlumdur. Onlardan ikisi -

"Daewoo"nun sürücüsü, 30 yaşlı Əzizov Elbrus Rəşadət oğlu və "Hyundai" markalı avtomobilin sərnişini Əliyeva Ayla Elman qızı xəstəxanaya yerləşdirilib. "Hyundai"nin adı hələlik dəqiqləşdirilməyən sürücüsünə isə hadisə yerində tibbi yardım göstərilib.

 

Müəllif | Apa.Tv