Yük maşını ilə toqquşan "FORD"UN SÜRÜCÜSÜ HADİSƏ YERİNDƏ ÖLDÜ

Salyan rayonunda baş verimiş qəzada 1 nəfər dünyasını dəyişib. APA TV-nin Mil-Muğan bürosununun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 87-ci kilometrliyində Salyan rayonunun  Şörsulu kəndi ərazisində qeydə alınıb.

Astara rayon sakini Xasməmməd Abdulhəsən oğlu Həmidov “Ford Tranzit" markalı yük maşını ilə Astara istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Massallı rayon sakini, 27 yaşlı Taleh  Valeh oğlu Məmmədovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

 

Qəza zamanı “Ford” markalı avtomobilin sürücüsü  Xasməmməd Həmidov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

 

Qəzaya “Ford” markalı yük avtomobilinin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsinin səbəb olduğu bildirilir.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı