Əlillərə hədiyyə verildi

3 dekabr-Beynəlxalq əlillər günü münasibətilə Göyçay rayonunda xeyriyyə aksiyası keçirilib. Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin kollektivi əvvəlcə yataq xəstəsi olan əlillər, eləcə də gözdən əlil insanları öz evlərində ziyarət edib, onları 3 dekabr-Beynəlxalq əlillər günü münasibətilə təbrik edib, qayğı və problemləri ilə maraqlanıblar. APA TV-nin xəbərinə görə, aksiya zamanı müxtəlif kateqoriyadan olan 80 nəfər I və II qrup əlilə maddi yardım və ərzaq bağlaması verilib.

 

3 dekabr-Beynəlxalq əlillər günü münasibəti ilə rayon əhalinin sosial müdafiəsi mərkəzində əmək və müharibə əlilləri, Çernobıl qəzası iştirakçıları, müxtəlif səbəblərdən əlil olmuş insanlarla görüş də keçirilib, onların qayğı və problemləri ilə bağlı müraciətləri dinlənilib.

 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov