Kataloniyada stul davası düşdü - REAL VİDEO
Kataloniyada müstəqillik tərəfdarları ilə əleyhdarları arasında kütləvi dava olub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ilk dəqiqələrdən dinc şəkildə başlayan etirazlar futbol azarkeşləri və ultrasağçıların qoşulması ilə kütləvi toqquşmaya çevrilib.
Etirazçılar bir-birinin üzərinə küçədəki kafelərdə qoyulan stulları atıb.
Dava polisin müdaxiləsi ilə yatırılıb. 20 nəfər aksiya iştirakçısının saxlanıldığı bildirilir.