"HƏMAS" və "FƏTH" barışdı: FƏLƏSTİN BAYRAM EDİR, İSRAİL NARAHATDIR
"HƏMAS" və "FƏTH" arasında barışığın əldə olunmasından sonra Qəzza və Rəmallahda minlərlə fələstinli küçələrə çıxaraq bayram nümayişləri keçirib.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, sakinlər həmrəylik şüarları səsləndirib, səhərədək rəqs ediblər.
Xatırladaq ki, tərəflər arasında barışıq anlaşması oktyabrın 12-də Misirin paytaxtı Qahirədə imzalanıb. Sənədə əsasən "HƏMAS" ümumxalq seçkilərinin keçirilməsinə razılıq verib.
Bu arada, İsrailin baş naziri Benyamin Netanyahu əldə olunan barışığı qonşu dövlətlərlə sülhün bərpasına ciddi maneə kimi dəyərləndirib.