Zəncirvari qəzada 132 AVTOMOBİL TOQQUŞDU

Belçikada qatı duman olduğundan meydana gələn zəncirvari qəzada 132 avtomobil biri-birinə girib. Hadisə nəticəsində 1 nəfər ölüb, 76 nəfərsə yaralanıb. Qəza paytaxt Brüsselin 120 km qərbindəki Zonnebeke şəhəri yaxınlığında 3 fərqli yerdə baş verib. Qəzayla bağlı açıqlama verən əyalət vəkili Karl Dekaluve yaralılardan 5-nin həyatının təhlükədə olduğunu, 11-nin isə vəziyyətinin ağır olduğunu qeyd edib. Metal zibilliyinə dönən yoldakı avtomobillərdə qalan yaralıları qurtarmaq üçün 400 nəfərlik heyət cəlb olunub, yolun üzərində çadır klinikalar təşkil edilib. Dumana görə yaralılar ilkin mərhələ yaxındakı xəstəxanalara yerləşdirilib. APA TV-nin xəbərinə görə, Belçikanın bu bölgəsində soyuq və dumanlı dekabr ayında hər il bu cür qəzaların baş verdiyi qeyd edilir. Sürücülər baş verən qəzada anidən hər tərəfi duman basdığını və görmənin sıfıra yaxınlaşdığını deyirlər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı