Gəncədə maşın aşdı, sərnişin qadın xəsarət aldı
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.
Hərəkətdə olan VAZ-21011 markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sərnişin, 1955-ci il təvəllüdlü Gülgəz Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.