Rusiyada azərbaycanlı fəhlə 8-Cİ MƏRTƏBƏDƏN YIXILARAQ ÖLDÜ

Rusiyaya işləməyə gedən azərbaycanlı miqrantlardan biri faciəvi şəkildə dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə Xantı-Mansiyskdə tikinti meydançalarından birində baş verib. Tikilməkdə olan binanın səkkizinci mərtəbəsində montaj işləri ilə məşğul olan azərbaycanlı fəhlənin ayağı sürüşərək hündürlükdən yerə yıxılıb. Soydaşımız aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanları dünyasını bədbəxt hadisə nəticəsində dəyişən azərbaycanlının Yuqrada müvəqqəti qeydiyyatda olduğunu, tikintidə leqal şəkildə işlədiyini müəyyənləşdiriblər. İlkin ehtimallara görə, azərbaycanlı fəhlə yüksəklikdə işləməsinə rəğmən sığorta kəmərini bağlamayıb və  bununla da təhlükəsizlik qaydalarını pozub. Azərbaycanlının acıq açıqlanmır.

 

Müəllif | Apa.Tv
Apa.tv