İŞİD-in “paytaxt”ı terrorçulardan azad edildi
İŞİD-in Suriyadakı qeyri-rəsmi paytaxtı olan Rakka şəhəri terrorçulardan tam təmizlənib. APA TV-nin məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı xəbər verib. Məlumata görə, son terrorçular "Suriya Demokratik Qüvvələri”nin dəstələrinə təslim olublar.
Qeyd edək ki, Rakkanın azad edilməsi əməliyyatı iyunun 6-da başlayıb. ABŞ aviasiyası SDQ-yə hava dəstəyi verirdi.