Şimal bölgəsinə 23 SANTİMETR QALINLIĞINDA QAR YAĞDI

Respublikanın şimal bölgəsinin bəzi rayonlarına qar yağıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, ən çox yağıntı Qusar rayonunun Ləzə kəndi ərazisinə düşüb. Burda qarın qalınlığı 23 santimetrə çatıb. Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, Xızı rayonun Altıağac qəsəbəsində qarın qalınlığı 20, Quba və Qusarda 12, Xaltan-Susay-Qonaqkəndə 15, Küpçal-Təngəaltı-Qonaqkənd zonasında isə 10 sm təşkil edib. Temperatur göstəricisi dağlıq ərazilərdə mənfi 12, dağətəyi ərazilərdə mənfi 5-6 dərəcəyə olub. 

Müəllif | Apa.Tv
Vəli Turan