SOCAR-ın binasında faciə baş verdi
SOCAR-ın Heydər Əliyev prospektində yerləşən yeni inzibati binasında faciə baş verib.
APA TV-nin məlumatına görə, SOCAR-ın binasında liftdə təmir işləri aparan 26 yaşlı Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. O, yerindəcə ölüb.
Əhmədovun meyiti FHN-in əməkdaşları tərəfindən şaxtadan çıxarılıb.