Prezident İlham Əliyev və Serj Sərkisyan arasında təkbətək görüş olub
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü keçirilib.
APA TV-nin məlumatına görə, bundan öncə Cenevrədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Azərbaycan və Ermənistan xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin iştirakı ilə görüş keçirilib.
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün görüşüblər.