“Atletiko”nu Bakıya “Qarabağ” təyyarəsi gətirdi
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” artıq Bakıdadır. APA TV-nin məlumatına görə, Madrid klubu oktyabrın 16-da axşam paytaxtımıza gəlib.
Maraqlıdır ki, İspaniya təmsilçisi Bakıya gəlmək üçün AZAL-dan çarter reysi sifariş edib. AZAL isə onlar üçün “Karabakh” adlı “Airbus 340-500” təyyarəsini göndərib.
“Atletiko” “Marriot” otelində məskunlaşıb.
Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçı oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.