Yağışlar kəsir, temperatur yüksələcək
Oktyabrın 18-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, gündüz 16-20, Bakıda gecə 10-12, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, dağlarda gecə 0-4, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.