Xilaedicilər Bakıda MƏNZİLDƏN MEYİT TAPDILAR

Bakıda mənzildə bağlı qapı arxasında kişi meyiti aşkarlanıb. APA TV-nin məlumatına görə, FHN-in "112 Qaynar xətt"inə Bakı şəhər Suraxanı rayon Yeni Günəşli "A" yaşayış massivi bina 6, mənzil 5-də Podlouzov Aleksey Petroviçin köməksiz qalması haqda məlumat daxil olub. Hadisə yerinə FHN-in xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. Qapı açıldıqdan sonra mənzildən 1952-ci il təvəllüdlü Podlouzov Aleksey Petroviçin meyiti aşkarlanıb.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

 

Qonşuların məlumatına görə, Podlouzov tək yaşayıb. Peyk-anten ustası olan mərhumu 3 gündür, görməyən qonşular qapını döysələr də, açan olmayıb. Bundan sonra qonşular yardım üçün xilasedicilərə müraciət ediblər.

 

Hadisə yerinin araşdırılmasından sonra meyit aidiyyatı üzrə təhvil verilib. 

Müəllif | Apa.Tv
Apa.tv