Əfqanıstanda polis idarəsi göyə sovruldu: 50 ölü, 200 yaralı - "TALİBAN" İMZASI
Əfqanıstanda polis idarəsində iki partlayış olub.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Paktiya əyalətinin Qardez şəhərində baş verən partlayış nəticəsində 50 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
Əfqanıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terrorla bağlı "Taliban" terror təşkilatı məsuliyyəti üzərinə götürüb.
Terrorçular hadisəni minalanmış avtomobilləri partladaraq törədiblər.