Türkiyədə kömür mədəni çökdü: 6 ölü
Türkiyədə daş kömürü mədənində çökmə baş verib. APA TV-nin “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə Şırnakda baş verib.
Çöküntü altında qalan fəhlələrdən 6-sı ölüb, 1-i itkin düşüb, 1-i yaralanıb. Bölgəyə çoxlu sayda axtarış-xilasetmə dəstələri göndərilib.
Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin yaydığı açıqlamada mədənin fəaliyyətinin 2013-cü ildə dayandırıldığı bildirilib. Qeyd olunub ki, mədən qanunsuz olaraq və lisenziyasız fəaliyyət göstərib.