Digah qəsəbəsində 32 yaşlı kişini maşın vurdu
Abşeron rayonunda piyadanı maşın vurub. APA TV xəbər verir ki, hadisə Digah qəsəbəsində qeydə alınıb.
Belə ki, Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü Quliyev Mirəli Füzuli oğlu rayonun Digah qəsəbəsində yolu keçmək istəyərkən onu avtomobil vurub. Sağ budu sınan M.Quliyev təcili tibbi yardım maşını ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Müvafiq tibbi yardımdan sonra həkimlər onun vəziyyətini orta ağır hesab edir.
Yol qəzası ilə bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır. Piyadanı vuran sürücü müəyyən olunaraq saxlanılıb.