Bakıda hava tutqun, küləkli olacaq
Oktyabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.
Cənub küləyi əsəcək.
ETSN-dən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 11-13, gündüz 17-20, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.