“Qarabağ” Çempionlar Liqasında ilk xalını 10 nəfərlə qazandı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. APA TV-nin məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III turunda “Atletiko” ilə qarşılaşıb.

 

C qrupunun qələbə qazana bilməyən iki klubu aşağı pillələrdən uzaqlaşmaq üçün mübarizə aparıb.

 

Görüşdə hesab açılmayıb. Hər iki tərəf qol vurmaq üçün cəhdlər etsə də, buna nail ola bilməyiblər.

 

Dino Ndlovu matçın 75-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq oyunu erkən tərk etməli olub. "Qarabağ" son 15 dəqiqəni azlıqda keçirsə də, yekunda ilk xalını qazana bilib.

 

Beləliklə, Azərbaycan futbol tarixində ilk qeydə alınıb. “Qarabağ” Çempionlar Liqasının qrupundan xal qazanan ilk Azərbaycan klubu olub.

 

Müəllif | Apa.Tv