“Qarabağ”ın rəqiblərindən məhsuldar heç-heçə
Çempionlar Liqasının C qrupunda Azərbaycanın “Qarabağ” klubu ilə birgə mübarizə aparan “Çelçi” və “Roma” arasında qarşılaşmada qalib gələn olmayıb. APA TV-nin məlumatına görə, Londonda keçirilən qarşılaşmada məhsuldar heç-heçə qeydə alınıb - 3:3.
Meydan sahiblərinin heyətində Eden Hazar dubla imza atıb, David Luiz isə bir qol vurub. “Roma”nın qollarından ikisini Edin Dzeko, birini Aleksandr Kolarov vurub.
Qeyd edək ki, qrupun paralel qarşılaşması Bakıda keçirilib. Təmsilçimiz “Qarabağ”ın Madrid “Atletiko”su ilə oyununda qol vurulmayıb və “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb.
Beləliklə, “Çelsi” 7 xalla qrup lideridir. İkinci pillədəki “Roma” ondan iki xal az toplayıb. “Atletiko”nun 2, “Qarabağ”ın isə 1 xalı var.
Növbəti turda “Çelsi” “Roma” ilə İtaliyada, “Qarabağ” isə “Atletiko” ilə İspaniyada qarşılaşacaq.