Xarkovda 20 yaşlı qız avtomobillə qətliam törətdi - QORXUNC GÖRÜNTÜLƏR

Ukraynanın Xarkov şəhərində avtomobil piyada keçidində kütləyə çırpılıb. APA TV-nin məlumatına görə, hadisə şəhərin əsas küçələrindən birində baş verib.

 

İşıqforun qırmızı işığında keçən “Lexus” “Volkswagen Touareg” markalı avtomobillə toqquşub. Zərbənin gücündən “Lexus” aşıb və səkidəki insanlara çırpılıb

 

Hadisə nəticəsində 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

 

“Lexus”un sürücüsü, 20 yaşlı Yelizaveta Zaytseva tutulub. Onun idarə etdiyi avtomobil atasına məxsus olub.

 

Müəllif | Apa.Tv