Şimali Koreya yeni gəmi istehsal edir: ELƏ BİR ZƏRBƏ VURACAĞIQ Kİ...

"ABŞ-a gözlənilməz anda elə bir zərbə vuracağıq ki, özünə gələ bilməyəcək".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu informasiyanı Şimali Koreya hökumətinə istinadən ölkənin Mərkəzi Teleqraf Agentliyi Cənubi Koreya və ABŞ-ın Koreya yarımadasındakı hərbi manevrlərinə cavab olaraq yayıb.

 

Xatırladaq ki, ABŞ-a aid "Statham" və "Mustin" hərbi gəmiləri və Cənubi Koreya aviasiyası bölgədə hərbi təlimlər keçirir.

 

Bu arada, Şimali Koreyanın intensiv şəkildə 1,7 ton su tutumuna malik nəhəng sualtı hərbi gəminin istehsalına başladığı məlum olub.

 


 


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov