ABŞ kəşfiyyatı: İŞİD yeni "11 sentyabr" hazırlayıb - YENƏ TƏYYARƏLƏRDƏN İSTİFADƏ EDƏCƏKLƏR

İŞİD terror qruplaşmasının silahlıları 2001-ci il, 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırır.

 

APA TV-nin məlumatına görə, bunu ABŞ milli təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxış edərkən bəyan edib.

 

"Terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları hazırlayır. Kəşfiyyat bundan əmindir" - deyə, ABŞ rəsmisi qeyd edib.

Onun sözlərinə görə, hazırda terrorçular maliyyə axınlarını qoruyub saxlamaq üçün soyuq silah və avtomobillərdən istifadə edərək nisbətən xırda terror aktlarına əl atırlar.

 

Bununla belə, E.Dyuk ABŞ xüsusi xidmət orqanlarının təhdidləri aradan qaldırmaq üçün istifadə edəcək üsulları açıqlamayıb. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov