Yağışlar kəsir, Bakıda xəzri əsəcək

Oktyabrın 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Şimal küləyi əsəcək. 

 

ETSN-dən APA V-yə verilən məlumata görə, havanın temperaturunun gecə 10-13, gündüz  18-21, Bakıda gecə  11-13, gündüz  19-21 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 8-13, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd