Rauf Əhmədov "əjdaha"nın başını kəsə bilmədi - MEHRİBAN XANLAROVA AĞLADI

“Maşın Şou”nun növbəti buraxılışında xanımlar və cənabların mübarizəsində qüvvələr bərabər idi - dörd xanım və dörd cənab.

 

APA TV-nin məlumatına görə, bir neçə gündür anonsu verilən duel də məhz dünən baş verdi.

 

Səsverməyə müğənni Rauf Əhmədov çıxdı. “Əjdahanın başını mən kəsəcəm” deyən Rauf yenidən Mehriban Xanlarovanı mübarizəyə çağırdı.

 

Şounun gedişində məlum oldu ki, Rauf səsverməyə könüllü çıxmayıb. Xatun açıq şəkildə bildirdi ki, səsverməyə başqa iştirakçı çıxmalı idi:

 

Xatunun bu çıxışı Elşad Xosenin narazılığına səbəb oldu. Hədəf Mehriban Xanlarova da Elşada irad bildirdi.

 

Daha sonra o, ağlayaraq Raufdan hədəfini dəyişməsini xahiş etdi.

 

Nəticə isə Raufun əleyhinə oldu. Cəmi 0,6 faiz fərqlə az səs toplayan Rauf Əhmədov üçün maşın əldən getdi.

Müəllif | Apa.Tv
Nigar Həsənli