Kürdlər Türkmən Cəbhəsi Qərargahını yandırdı - KƏRKÜKDƏ QARŞIDURMA

Kərkükün şimal-qərbindəki Altınköprü qəsəbəsində Türkmən Cəbhəsi Qərargahı yandırılıb. APA TV-nin məlumatına görə, yanğını kürd silahlıları törədib.


Peşmərgələr qərargahdakı mühafizəçini girov aparıb. İraq Türkmən Cəbhəsi Kərkük Təşkilat rəhbəri Mehmet Seman Ağaoğlu rəsmi Bağdadı bölgənin təhlükəsizliyinin təmin olunmasında daha diqqətli olmağa dəvət edib.

Bundan başqa Kərkükdəki kürdlər bölgədə əməliyyat keçirən İran dəstəkli "Haşdi-Şabi" qüvvələrinə qarşı üsyana başlayıb. Şəhərdə üç böyük məhəllə yenidən kürdlərin əlinə keçib. Silahlı kürdlər ən böyük iki səmti - Pəncə və Şoriçəni nəzarətə götürüb.

Hazırda həmin məhəllələrdə terror təşkilatı olan PKK lehinə şüarlar səsləndirilir. Bərzani üsyana qalxan kürdlərə Ərbil televiziyası vasitəsi ilə dəstək nümayiş etdirib. 

 

Müəllif | Apa.Tv
Apa.tv