Əfqanıstanda hərbi hissə göyə sovruldu: "TALİBAN" TERRORU
Əfqanıstanda hərbi bazaya gecə saatlarında silahlı basqın olub.
APA TV-nin Türkiyə mediasına istinadən məlumatına görə, Qəndəhar bölgəsindəki hərbi bazaya basqın nəticəsində ərazidəki partlayıcı maddə dolu avtomobillər partladılıb, bundan sonra silah səsləri eşidilib.
Hadisə nəticəsində 43 hərbçi ölüb, 9 nəfər isə yaralanıb.
Qeyd edək ki, son zamanlar ölkədə baş verən silsilə hücumlar nəticəsində 100-ə yaxın insan öldürülüb, 150 nəfər yaralanıb.