Şabranda qəza: sürücü avtomobildə sıxılıb qaldı

Şabran rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Şabranın Günəşli kəndi ərazisindən keçən hissəsində baş verib.

 

“Shacman” markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Shacman” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan İmişli rayon sakini, 1968-ci il təvəllüdlü Fizuli Xudiyev FHN-in əməkdaşları tərəfindən çıxarılıb.

 

Həkim Seyidəli Quliyevin sözlərinə görə, xəstəxanaya daxil olarkən xəstənin vəziyyəti ağır olub: "Sifətin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları, sağ əlin kəsilmiş-deşilmiş diaqnozu qoyulub. İlkin yardım göstərilib, vəziyyəti orta ağırdır".

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan