Aydın Maruf: "İraq ordusu olmasa etnik müharibə düşər"

"Hazırda bölgədə vəziyyət normaldır. Bir az əvvəl gərginlik var idi. İndi aradan qalxıb. Kərkükdə valilikdə vəzifələrin burdakı türkmənlərə, kürdlərə və ərəblərə uyğun olaraq bölünməsi həyata keçiriləcək".

 

Bu fikirləri APA TV-yə İraq Türkmən Cəbhəsi millət vəkili Aydın Maruf bildirib.

 

Onun sözlərinə görə, Altınkörpüdə törədilən son hadisələrlə türkmən xalqının mübarizəsini zəiflətmək istəyirlər: "Türkmən Cəbhəsi olaraq bunu şiddətlə qınayırıq. Çünki hər zaman türkmənlər Ərbildə, Kərkükdə, Bağdadda hər yerdə sülh tərəfdarı olub".

 

"Haşdi Şabi" baş nazir İbadinin təlimatı ilə artıq çəkilməyə başlayıb. Bölgədə İraq ordusundan başqa heç bir silahlı qruplaşma istənilmir. İraq ordusunda bütün xalqların nümayəndəsi var. İraq ordusu olmasa ya etnik müharibə olar, ya məzhəb müharibəsi olar. Ona görə, silahlı qruplaşmanın çəkilməsi normaldır.

 

Türkmən millət vəkili bölgədəki xalqların müharibədən bezdiyini deyib: "Türkmənlər əfəndi bir toplumdur. Həmişə sülhün yanında olub. Həmişə İraqım bütövlüyünün tərəfdarı olub".

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı