Azərbaycan prezidenti Ukrayna baş nazirinin birinci müavinini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV xəbər verir ki, Stepan Kubiv Ukrayna prezidenti Petro Poroşenkonun salamlarını dövlət başçısına çatdırıb.

 

Söhbət zamanı Azərbaycanla Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Dövlət başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna prezidentinə çatdırmağı xahiş edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov