Abşeronda bir gündə 4 NARKOMAN TUTULDU

Abşeron polisinin narkotik asılılğı olan 4 nəfəri həbs edib. APA TV-nin xəbərinə görə, rayon Polis İdarəsinin müstəntiqi Muxtar Muxtarov deyib ki, onların dördü də əvvəllər məhkum olunub. 

 

Samir Quliyev və Tural Sadıqovu polislər evlərinin qarşısında həbs ediblər. Axtarış zamanı onların üstündən şəxsi islehlak miqdarından artıq çəkidə heroin aşkarlanıb. Samir Quliyev deyib ki, narkotiki tanımadığı şəxsdən alıb, evdə istifadə edir.

 

Tural Sadıqov isə həbsdən yeni çıxıb. Xeyli vaxt  narkotikdən istifadə etməsə də, sonra yenidən narkotikin əsirinə çevrilib.

Həbs olunan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.     

Müəllif | Apa.Tv