Azərbaycanlı müğənni özünü Ancelina Coliyə bənzətdi

Azərbaycanlı müğənni Rahidə Baxışova “Deməsinlər” mahnısına klip çəkdirib.

 

APA TV-nin məlumatına görə, müğənni jurnalistləri və sənət dostlarını bir araya toplayaraq təqdimat keçirib.

 

Nizami Kino Mərkəzində keçirilən tədbirə şou-biznesin tanınmış simaları qatılıblar. Musiqisi və sözləri Zülfi Bədəlova aid olan mahnıya klipi Natiq Novruzov çəkib. Bu, Rahidə Baxışovanın 2008-ci ildən bəri ilk klipidir: “İki ildir qayıtmışam. Sadəcə, klip çəkdirməmişəm. Yeni mahnılarla gəldim. Sənət adamının mütləq işləri olmalıdır. Klipdə süjet xətti yoxdur. Son zamanlar kliplərdə süjet xətti az-az olur. Mənə çox adam deyir ki, Ancelina Coliyə oxşayıram, dəyişmək lazımdır. Bundan sonra fərqli obrazlarda olacağam. Paylaşım etdim, tamaşaçılar mənim bu görünüşümü bəyənmədilər. Amma təbiidir. Çünki əvvəlki Rahidəyə öyrəşiblər”.

 

Təqdimata gələn müğənnilər Ədalət Şükürov, Vasif Məhərrəmli, Emil Bədəlov, Xuraman Şuşalı, Niyam Salami, Elnar Xəlilov, Yaşar Yusub, Aysel Əlizadə, rəqqasə Fatimə Fətəliyeva, Aşıq Namiq Fərhadoğlu və başqaları klip haqqında fikirlərini bölüşüblər. 

Müəllif | Apa.Tv
Nigar Həsənli