"Salyan şosesi"ndə 25 yaşlı gənci qonşusu bıçaqladı
Gecə saatlarında Bakının Səbail rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV xəbər verir ki, qanlı hadisə Salyan şosesində yerləşən restoranların birində olub.
Həmin ünvanda 1992-ci il təvəllüdlü Mirzəyev Elvin Hacı oğlu ilə bir tanışı arasında mübahisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Nəticədə digər şəxs E.Mirzəyevə bıçaqla 4 xəsarət yetirib. Ağır xəsarət alan 25 yaşlı gənc xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Səbail polisi araşdırma aparır. Məlumata görə, E.Mirzəyevi bıçaqlayan şəxs onunla qonşuluqda yaşayırmış. O artıq saxlanılaraq məsuliyyətə cəlb edilib.